Rusiya Dneprdə yaşayış binasını bu raketlə vurub - Kəşfiyyat

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Dneprdə yaşayış binasını bu raketlə vurub - Kəşfiyyat

Dünya

17 Yanvar 2023 13:00 600


Rusiya Dneprdə yaşayış binasını qeyri-dəqiq “Kh-22” raketi ilə vurub. Belə raketlər əvvəllər də Ukraynanın dinc əhalisi arasında kütləvi tələfatlara səbəb olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti (MI6) məlumat yayıb. 

MI6-in hesabatlarına əsasən, yanvarın 14-də Rusiya Federasiyası təxminən 15 gün ərzində ilk dəfə olaraq Ukraynanın infrastruktur obyektlərinə uzun mənzilli raket zərbələrini bərpa edib. Hədəf isə əvvəlki kimi, Ukraynanın elektrik şəbəkəsi olub. Lakin raketlərdən biri yaşayış binasına düşüb. pizza

Eyni zamanda Böyük Britaniyanın Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya bu zərbəyə görə məsuliyyəti yalandan Ukraynanın hava hücumundan müdafiə sisteminin üzərinə atıb.

Qeyd edək ki, “Kh-22” yerüstü hədəflərə qarşı istifadə zamanı qeyri-dəqiqliyi ilə tanınır, çünki onun radar yönləndirmə sistemi şəhər yerlərində hədəfləri ayırd etmir. Bu tip raket yüksək dəqiqlikli zərbələr üçün yararsızdır və Ukraynadakı müharibədən əldə edilən dəlillər Rusiyanın uzaqmənzilli zərbə qabiliyyətinin disfunksiyasının daha dərin olduğunu göstərir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!