Rusiya Avropa İttifaqı (Aİ) nümayəndələrinin öz ərazisinə girişinə qoyulan qadağa siyahısını əhəmiyyətli dərəcədə genişləndirib. Bu addım Aİ-nin beynəlxalq hüquqa zidd olan birtərəfli məhdudiyyətlər siyasətinə və Rusiya tərəfinə zərər vurmaq məqsədi daşıyan 21-ci sanksiyalar paketinə cavab olaraq atılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
"Aİ-nin qeyri-qanuni qərarlarına cavab tədbirləri çərçivəsində Rusiya tərəfi Avropa institutlarının, ittifaqa üzv dövlətlərin və Brüsselin anti-Rusiya siyasətini dəstəkləyən bir sıra ölkələrin nümayəndələrinin siyahısını ciddi şəkildə genişləndirib. Həmin şəxslərin 15 avqust 1996-cı il tarixli "Rusiya Federasiyasından çıxış və Rusiya Federasiyasına giriş qaydası haqqında" müvafiq federal qanuna əsasən ölkəmizin ərazisinə girişi qadağan edilib", - deyə xarici siyasət idarəsinin məlumatında qeyd olunur. pizza mizza
Rusiya XİN-dən o da vurğulanıb ki, Avropa İttifaqı tərəfindən anti-Rusiya sanksiyalarının genişləndirilməsi istiqamətində atılacaq hər hansı növbəti addım lazımi reaksiyanı alacaq.
Telegram kanalımız