Rusiya erməni deputatlara qarşı sanksiyalar tətbiq edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Rusiya erməni deputatlara qarşı sanksiyalar tətbiq edə bilər

Dünya

04 Oktyabr 2023 00:12 571


“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyasını təşviq edən və rusofob mövqe tutan erməni parlamentarilərə qarşı sanksiyaların tətbiqi ehtimalı istisna edilmir”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın rusofob siyasəti ABŞ-nin təzyiqi altında baş verir, lakin bu cür hərəkətlərə görə parlament üzvləri də məsuliyyət daşıyırlar”, - deputat bildirib.

Xatırladaq ki, bu gün Ermənistan BCM-nin Roma Statutunu rəsmən ratifikasiya edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!