“Rusiya-Ermənistan münasibətlərinin korlanması Azərbaycan və Türkiyəyə sərf edir”

“Rusiya-Ermənistan münasibətlərinin korlanması Azərbaycan və Türkiyəyə sərf edir”

Siyasət Veb saytların hazırlanması

17 Avqust 2022 19:56 1118


“İstənilən halda Rusiya-Ermənistan münasibətlərinin korlanması Azərbaycan və Türkiyəyə sərf edir, çünki Rusiya hərbi-siyasi elitasında Ermənistan diasporasının maliyyəsi ilə işləyən, eyni zamanda Ermənistana bağlı olan kifayət qədər yüksək ranklı adamlar var.”.

Yenisabah.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, son dövlərdə Rusiya Ermənistan münasibətlərində ciddi pozulma prosesi baş verir.

Politoloq Rusiyanın Ermənistana nota göndərməsinin münasibətlərin pozulması ilə əlaqədar olub-olmamasını şərh edib.

“Rusiya hakimiyyəti Ermənistan Baş naziri Nikol Paşinyan vəzifəyə təyin olunduğu gündən onun “SOROS” fondunun və Qərb imperialist dairələrinin yetirməsi olduğunun fərqində idi.

Bu səbəbdən də Ermənistanda Rusiyanın sıxışdırılması, rus dilinə və eyni zamanda Rusiyanın təsir vasitələrinə qarşı səlib yürüşünün aparılması Rusiyanın siyasi və hərbi elitasını ciddi şəkildə narahat edirdi.

Son dövrlər isə Rusiya-Ermənistan münasibətləri daha da dalana dirənib. Rusiya Müdafiə Nazirliyinin sözçüsünün Rusiya Xarici İşlər Nazirliyinin brifinqlərində Ermənistan hakimiyyətinə qarşı sətiraltı mesajlar göndərməsi, sonuncu olaraq Rusiyanın Ermənistana nota verməsi əslində bu münasibətlərin nə qədər dalana dirəndiyini bir daha göstərmiş oldu”.

Politoloq qeyd edib ki, Rusiyanın Ermənistana nota verməsi onlar arasındakı münasibətlərin zədəli olmasını və yüksələn xətt üzrə inkişafını açıq şəkildə göstərir.

“İstənilən halda Rusiya-Ermənistan münasibətlərinin korlanması Azərbaycan və Türkiyəyə sərf edir, çünki Rusiya hərbi-siyasi elitasında Ermənistan diasporasının maliyyəsi ilə işləyən, eyni zamanda Ermənistana bağlı olan kifayət qədər yüksək ranklı adamlar var.

Bu baxımdan Rusiya-Ermənistan münasibətlərinin korlanması Rusiyanın obyektivlik hissindən uzaqlaşmağa, eyni zamanda birmənalı və biyanlı şəkildə Ermənistanı dəstəkləməyi prosesinin də ləngiməsinə səbəb ola bilər”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!