Mariupolda 30 mindən çox rus əsgəri var və onlar şəhərin yaxınlığında müdafiə xətləri hazırlayır.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının meri Vadim Boyçenko danışıb.
Onun sözlərinə görə, şəhər təkcə Rusiyadan gələn inşaatçılarla deyil, həm də “Kadırovçular”, buryatlar və səfərbər edilmiş digər şəxslərlə doludur: Sezar pizza
“Biz görürük ki, nəhəng konvoylar Mariupoldan keçərək Donetsk və Zaporojye istiqamətində gedir. Onlar səfərbər edilmiş insanlar və silahlarla doludur”.
V. Boyçenkonun sözlərinə görə, rusiyalı hərbçilərin üç istiqamətdə – Zaporojye, Melitopol və Donetskdə yaratdığı 3 müdafiə zolağı məlumdur və zolaqların arxasında istehkamlar tikilir.
Boyçenko hesab edir ki, bərpa adı altında onlar istehkamlar yaradırlar:
“Daha sonra rusların özləri onları partladacaq və Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı təbliğat üçün lentə alacaqlar”.
Telegram kanalımız