Rusiya və Ukrayna arasında girovların mübadiləsi olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya ombudsmanı Yana Lantratova bildirib.
O, Ukrayna ilə girovların mübadiləsinin həyata keçirildiyini söyləyib. Sezar pizza
Bildirib ki, 7 Rusiya vətəndaşı Ukraynadan geri qaytarılıb. Onlardan beşi Kursk vilayətinin sakinləri, o cümlədən Sudjadan olan bir qadın, digər ikisi isə digər regionların sakinləri olub.
Lantratova yeddi girovun da Ukraynaya qaytarıldığını əlavə edib.
Qeyd edək ki, dünən Rusiya ilə Ukrayna arasında 160-ın 160-a formatında hərbi əsir mübadiləsi olub./APA
Telegram kanalımız