Rusiya Krım körpüsündəki partlayışı terror adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Krım körpüsündəki partlayışı terror adlandırdı

Dünya

08 Oktyabr 2022 13:22 949


Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 8-də Krım körpüsündə baş vermiş partlayışın terror aktı olduğunu açıqlayıb.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib.

O, Ukrayna rəhbərliyinin hadisəyə münasibətini qınayıb: “Bu, partlayışın terror xarakterli olmasına dəlalət edir”. Pepperoni pizza

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə yanğın başlayıb, partlayış olub. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Rusiyanın Baş naziri Mixail Mişustin hadisəni araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə fərman imzalayıb.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak körpüdəki partlayışın hələ başlanğıc olduğunu söyləyib.

Xatırladaq ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!