Buryatiya koronavirus infeksiyası ilə bağlı vəziyyətin gərginləşməsi səbəbindən ictimai yerlərdə məcburi maska rejimini qaytaran ilk Rusiya bölgəsi olacaq.
Yenisabah.az xəbər verir ki, ölkənin Operativ qərargah iclasında bu qərar qəbul edilib.
Buryatiya Respublikasının Rospotrebnadzor rəhbərinin müavini Yelena Kuzmina bu xəbəri təsdiqləyib. Qərara əsasən, vətəndaşların ictimai yerlərdə və nəqliyyatda maska taxması tələb olunacaq.
Qərar avqustun 16-dan qüvvəyə minəcək.
Telegram kanalımız