Rusiya Moldovada sabitliyi pozmağa cəhd edib - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Moldovada sabitliyi pozmağa cəhd edib - Rəsmi

Dünya

13 Mart 2023 10:15 580


Martın 12-də Kişineuda keçirilən etiraz aksiyası deyil, Rusiyanın Moldovada sabitliyi pozmaq üçün uğursuz cəhdi olub.

Yenisabah.az "Nokta.md"yə istinadla xəbər verir ki, bunu Moldova Prezident Aparatının baş katibi Andrey Spinu bildirib.

Spinu sakit olmağa, yalnız rəsmi və etibarlı məlumat mənbələrinə müraciət etməyə və insanlarla "oğru qruplarının - "Şor" və digərlərinin" sabitliyi pozan hərəkətlərinin riskləri barədə danışmağa çağırıb. Sezar pizza

“Hər kəs bu hərəkətlərdən uzaqlaşmalıdır: daşıyıcılar, sürücülər, yerli hakimiyyət orqanları, biznes. Bu hərəkətlərə töhfə verən hər kəs Moldovanın əleyhinə işləyir”, - deyə Prezident Aparatının baş katibi vurğulayıb.

Moldova polisi martın 12-də bildirib ki, onlar iğtişaşlarda iştirak etmək üçün xüsusi təlim keçmiş rusiyapərəst qrupların planlarını pozmağa nail olublar.

Polis artıq İlan Şorun 54 tərəfdarını "şübhə doğuran" davranışlara və qadağan olunmuş əşyalara görə saxlayıb.

Moldova polisinin rəhbəri Viorel Cernautanu bildirib ki, "Şor" tərəfdarlarının etiraz aksiyalarında iğtişaşlar yaratmaq üçün əməliyyat hazırlayırlar. Bunu Rusiya xüsusi xidmət orqanları əlaqələndirirdi və təxribatçıların hər birinə 10 min dollar ödənilməli idi.

Hakimiyyətin məlumatına görə, iğtişaşlar Kişinyovda ölkənin yeni qərbyönlü hökumətinə qarşı aksiyalar zamanı hazırlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!