Rusiya müxalifəti bizə məlumat ötürür - Ukrayna kəşfiyyat rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

Rusiya müxalifəti bizə məlumat ötürür - Ukrayna kəşfiyyat rəhbəri

Dünya

17 May 2023 12:16 714


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, silahlı münaqişə başa çatdıqdan sonra Ukrayna və Rusiya arasında 100 kilometrlik demilitarizasiya zonası yaradılmalıdır. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Time" nəşri məlumat yayıb. 

“Müharibənin dayandırılması məsələsi demilitarizasiya zonasının yaradılmasından asılıdır. Bu, bizim məqsədimizdir ",- o deyib.  pizza hut

Budanov onu da bildirib ki, Kiyev Rusiya müxalifəti ilə işləyir. Kəşfiyyat rəhbərinin sözlərinə görə, rusiyalı müxalifətçilər Kiyevi lazımi məlumatlarla təmin edirlər. Ancaq o, Ukrayna kəşfiyyatı ilə əlaqədə olanların adlarını açıqlamayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!