Rusiya Ordusunun erməni zabiti azərbaycanlını qətlə yetirdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ordusunun erməni zabiti azərbaycanlını qətlə yetirdi - Video

Hadisə

15 Noyabr 2023 20:59 1253


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyev də daxil olmaqla, bütün vilayətlər Rusiya Ordusunun hava hücumlarına məruz qalıb.

“Hücumların əksəriyyətinin qarşısı hava hücumundan müdafiə sistemi tərəfindən alınsa da, Xerson, Xarkov, Donetsk, o cümlədən Çerniqov vilayətində ciddi dağıntıların olduğu bildirilir”, – deyə jurnalist əlavə edib.

M.Aslanovun sözlərinə görə, son bir həftədə Donetsk və Xarkov vilayətlərində quru döyüşləri daha da şiddətlənib.

O, bir ay əvvəl Zaporojyedə öldürülən həmyerlimiz barədə təfərrüatı da açıqlayıb:

“Hadisə Ukraynanın nəzarətində olan Vasilyevkadakı kəndlərinin birində baş verib. Birinci Qarabağ müharibəsi iştirakçısı olan Eldəniz Ukraynaya köçdükdən sonra bu ölkənin vətəndaşlığını qəbul edib. Yaşadığı ərazi Rusiyanın nəzarətinə keçdikdən sonra Karen adlı erməni zabit tərəfindən döyülərək öldürülüb”.

Ətraflı videonu təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anonim
    Bele serefsiz iylenmis ermeni milletini azerbaycan torpagina yerlesdirmek olar ? Hec birinde torpaga qoymaram,onlardan bize qonsu olmaz nece deyerler qari dusmen dost olmaz
    2 years ago