Kreml: “Putin dövlət başçılarına sui-qəsd cəhdlərini daim pisləyir”

saytların hazırlanması

Evə çatdırılma

Kreml: “Putin dövlət başçılarına sui-qəsd cəhdlərini daim pisləyir”

Dünya

28 Aprel 2026 13:56 89


Rusiya Prezidenti Vladimir Putin dövlət başçılarına qarşı sui-qəsd cəhdlərini həmişə pisləyir.

"Yeni Sabah" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın qatıldığı tədbirdə baş verən atışmanı şərh edərkən bildirib.

"Prezident Putin həmişə hər hansı zorakılıq aktlarını və dövlət başçılarına qarşı sui-qəsd cəhdlərini daim pisləyib", - o bildirib.

Aprelin 26-da Kaliforniyadan olan 31 yaşlı Koul Allen Vaşinqtonda bir hoteldə Prezident Tramp, xanımı və Prezident Administrasiyası rəsmilərinin qatıldığı media nümayəndələri üçün təşkil edilən şam yeməyi zamanı atəş açıb. Məxfi Xidmət zabiti yaralanıb. Şübhəli saxlanılıb.

Şübhəli hədəfinin ABŞ administrasiyasının rəsmiləri olduğunu bildirib, lakin Trampdan konkret bəhs etməyib. Polis hələ də hücumçunun motivini müəyyənləşdirdiyini bildirir. Müstəntiqlər şübhəlinin təklikdə hərəkət etdiyinə inanırlar. O, şam yeməyinə ov tüfəngi, tapança və üç bıçaqla silahlanaraq gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!