Moldovanın baş naziri Dorin Reçan Rusiya qoşunlarının əməliyyat qrupunun Dnestryanıdan çıxarılmasının zəruriliyini bəyan edib.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, o, jurnalistlərə bildirib: "Moldova Dnestryanı məsələnin müstəsna olaraq sülh yolu ilə həllini nəzərdə tutan prosesdə iştirak edir. Bu o deməkdir ki, Rusiya qoşunlarını çıxarmalı, silah və sursatları çıxarmalıdır. Rusiya bir neçə dəfəbunu etmək öhdəliyini götürüb. Əmin olmalıyıq ki, Rusiya vədi yerinə yetir. Bu, demilitarizasiya deməkdir”.
D. Reçan əlavə edib ki, 21 iyul 1992-ci il tarixli Moldova-Rusiya razılaşmasına uyğun olaraq həyata keçirilən sülhməramlı əməliyyatın məhdudlaşdırılmasından söhbət gedə bilməz. "Söhbət Rusiya qoşunlarının operativ qrupundan gedir - qanuni əsaslar olmadan Moldova Respublikası ərazisində olan 1500 nəfərdən. Rusiya keçmiş 14-cü Ordu qalıqlarını çıxarmaq üzrə öhdəliklərini dəfələrlə təsdiqləyib". Marqarita pizza
Moldovada sabitliyin pozulması mövzusuna toxunan baş nazir bildirib ki, belə ssenarilər mövcuddur, lakin səlahiyyətli orqanlar çağırışlara hazırdır.
Telegram kanalımız