Rusiya qoşunlarının Xersondan çıxarılması Putinin komandasını parçaladı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qoşunlarının Xersondan çıxarılması Putinin komandasını parçaladı

Dünya

13 Noyabr 2022 10:27 728


İşğalçı qüvvələrin Xersondan çıxarılması Rusiya Prezidenti Vladimir Putinlə “qırğı” fraksiyası arasında parçalanmaya səbəb olur.

“Report” xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu gəlib.

İnstitutunun hesabatına görə, Putinin hərbi qüvvələrinin Ukrayna hökumətini devirmək və bütün Ukraynanı ələ keçirmək kimi maksimalist məqsədlərinə nail ola bilmədiyi üçün ifrat ideoloji müharibəmeyilli seçicilərin bir hissəsini sakitləşdirmək getdikcə çətinləşir. pizza sifarişi

Vladimir Solovyov kimi ifrat sağçı təbliğatçılar getdikcə Kremldən və ali hərbi komandanlıqdan Ukraynanın məhv edilməsi ilə bağlı bütün vədləri yerinə yetirməyi tələb edirlər.

Xersonun itirilməsi Kerç körpüsünün partladılmasından sonra tərəfdarlarının gözündə Putin üçün yeni məğlubiyyətdir.

Analitiklər Putinin tənqid dalğasını “demək olar ki, misli görünməmiş” adlandırırlar. Yəqin ki, televiziyada senzuranın artması da bununla əlaqədardır, çünki bir çox təbliğatçılar geri çəkilmənin fəsadlarını ya gözardı edir ya da yüngül formada təqdim etməyə çalışır.

Eyni zamanda nizami qoşunların və Putinin Xersonda məğlubiyyəti “vaqnerçilər”in və onların lideri Priqojinin təsirini daha da gücləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!