Rusiya rumın diplomatını “persona-non-qrata” elan etdi
11 May 2021 18:58
671

Rusiya rumın diplomatını “persona-non-qrata” elan etdi

Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesinin köməkçisini “persona-non-qrata” elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, diplomata ölkəni 72 saat ərzində tərk etmək barədə göstəriş verilib.

Bildirilib ki, bu addım Rumıniya tərəfinin aprelin 26-da Rusiyanın Buxarestdəki səfirliyi yanında hərbi attaşesinin köməkçisinin əsaslandırılmamış şəkildə “persona-non-qrata” elan edilməsinə cavab olaraq atılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər