Rusiya şikayət etdi, Xəlilova İstanbulda saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya şikayət etdi, Xəlilova İstanbulda saxlanıldı

Dünya

29 Oktyabr 2022 16:21 1132


Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşımlar edən jurnalist Gülsüm Xəlilova İstanbul hava limanında saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Gülsüm Xəlilova Rusiyanın şikayətiylə 16 saat İstanbul hava limanında saxlandığını bildirib: "Rusiya da mənim kimi Krım türklərindən öz vətəndaşı kimi şikayət edir. Başqa ölkədə həbs edilsəm və ya öldürülsəm, bu qədər inciməzdim. Canımızdan çox sevdiyimiz Türkiyədə bu hadisəni yaşamaq mənim üçün çətin oldu”.

Qeyd edək ki, Gülsüm Xəlilova Zaqrebdən İstanbula media ilə bağlı beynəxalq tədbirdə iştirak etmək üçün ötən gün axşam gəlib. pizza

Saxlanılmasından 16 saat sonra sərbəst buraxılan jurnalist buna görə Mustafa Krımoğluna, Ukrayna və Türkiyə rəsmilərinə minnətdarlıq edib.

Krım tatarlarından olan jurnalist Gülsüm Xəlilova hazırda Kiyevdə yaşayır. O, Krımın işğalı ilə bağlı telexəbərlər yayımlaması ilə də məşhurdur./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!