“Rusiyanın bütün TV kanalları illərdir Qərbi, ABŞ-ı söyür, amma Rusiya Maliyyə Nazirliyi "güvənli liman", yatırım kimi yenə ABŞ-ın dövlət istiqrazlarına investisiya yatırmağa davam edir, yəni söydüyü, bəyənmədiyi ABŞ-ın dövlət qiymətli kağızlarına güvənir. Bu ilin sentyabr ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşunu avqust ayına nisbətən 105 milyon dollar və yaxud 1,8% artıraraq 5,858 milyard dollardan 5,963 milyard dollara çatdırıb”.
Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O qeyd edib ki, böyük dövlət olmaq ərazi ilə, ətrafda oyuncaq dövlətlər yaratmaqla, ərazi qapmaqla ölçülmür: pizza mizza
“Zopa ilə, kobud güclə dəyərləndirilmir. Böyük dövlət güclü, dayanıqlı iqtisadiyyat və vətəndaşın rifah halı ilə ölçülür. Kreml SSRİ-nin bərpası haqqında çox xəyallar qura bilər, amma bunu realizə etmək üçün iqtisadi potensialı, cəlbedici uğuru yoxdur. "SSRİ" çox bahalı layihədir, trilyonlarla dollar istəyir, daha vacibi isə maqnit rolu oynayacaq hekayə tələb edir və bunların heç biri Rusiyada yoxdur. Böyük Dövlət olmaq tək S-400-lə (hansı ki, ixtira olaraq SSRİ xalqlarının ortaq beyin məhsuludur, 1980-ci illərin ortalarında yaradılıb, amma istehsala pul olmayıb) ölçülmür, həm də işlək, müasir ütü, tozsoran istehsal etməklə olur. Müasir böyük dövlət Cənubi Koreyadır, ərazisi Rusiyadan 171 dəfə kiçikdir, amma ÜDM-i isə cəmi 2 dəfə azdır. Adambaşına düşən ÜDM isə Cənubi Koreyada Rusiyaya nisbətən təxminən 5 dəfə çoxdur”.
Telegram kanalımız