Rusiya taxılını Ermənistana daşıyan qatar Azərbaycandan yola düşdü

saytların hazırlanması

Evə çatdırılma

Rusiya taxılını Ermənistana daşıyan qatar Azərbaycandan yola düşdü

Siyasət

01 Fevral 2026 16:15 679


Fevralın 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib.

"Yeni Sabah" xəbər verir ki, bu dəfə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl yüklü vaqon Biləcəri Dəmiryol Stansiyasından yola salınıb. Qatar əvvəlcə Gürcüstana, daha sonra Ermənistana daxil olacaq.

Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 900 tona yaxın taxıl) göndərilib. pizza mizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!