Norveçin təhlükəsizlik xidməti Tromso şəhərində Rusiya üçün casusluq fəaliyyəti ilə məşğul olan şəxs həbs edilib.
Yenisabah.az NRK-ya istinadla xəbər verir ki, bu barədə krallığın DİN-i məlumat yayıb.
Qurumun açıqlamasına görə, həbs edilən şəxs 30-40 yaşlı Braziliya vətəndaşıdır: Sezar pizza
“Lakin polis onun saxta sənədlər hazırladığını hesab edir, əslində o, Rusiya vətəndaşıdır və Rusiya kəşfiyyatında işləyir”, – qeyd olunub.
DİN aydınlaşdırıb ki, adı açıqlanmayan məhbus 2021-ci ildə Norveçə gəlib və Tromso Universitetində şimal bölgəsinin problemləri və hibrid təhlükələrini öyrənib.
Həmin şəxs oktyabrın 24-də işə gedərkən hüquq-mühafizə orqanları tərəfindən həbs edilib, oktyabrın 25-də isə rayon məhkəməsinə aparılıb.
“Biz Tromso Universitetinin braziliyalı tədqiqatçısının Norveçdən deportasiya edilməsini tələb edirik, çünki onun fundamental milli maraqlara təhlükə yaratdığına inanırıq”, – deyə təhlükəsizlik xidmətinin nümayəndəsi Hedviq Mue bildirib.
Telegram kanalımız