Rusiya Ukraynada raket istehsal edən zavodları vurdu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynada raket istehsal edən zavodları vurdu

Dünya

04 Noyabr 2022 17:51 1013


Rusiya Aerokosmik Qüvvələri Xarkov və Dnepropetrovsk vilayətində Ukrayna hərbi zavodlarının sexlərini məhv edib. 

Bakupost.az Lenta.ru-ya istinadla xəbər verir ki. bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib .

“Aerokosmik Qüvvələr yüksək dəqiqlikli silahlarla Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərindəki zavodun raket mühərrikləri istehsal edən sexlərini, eləcə də Xarkov şəhərindəki “Kommunar” zavodunun raketlər istehsal edən üç sexini məhv edib”, - deyə Konaşenkov bildirib. pizza sifarişi

Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi onu da əlavə edib ki, son sutkada Ukrayna Silahlı Qüvvələrinin beş komanda məntəqəsi vurulub . Bundan əlavə, 179 rayonda 87 artilleriya bölməsi, canlı qüvvə və hərbi texnikaya zərbələr endirilib.

Həmçinin, Müdafiə Nazirliyi Kupyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 110 əsgərinin məhv edildiyini açıqlayıb. Ukrayna Silahlı Qüvvələrinin iki taktiki bölümü Xarkov vilayətinin Berestovskoye və "Luqansk Xalq Respublikası"nın Kuzemovka yaşayış məntəqələri istiqamətində Rusiya mövqelərinə hücum etməyə cəhd göstərib, lakin artilleriya və ordu aviasiyasının atəşi ilə yenidən start xəttinə qaytarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!