“Rusiya Ukraynaya növbəti kütləvi zərbə endirməyə hazırlaşır” - Zelenski

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Ukraynaya növbəti kütləvi zərbə endirməyə hazırlaşır” - Zelenski

Siyasət

20 Yanvar 2026 01:09 628


Rusiya qoşunları artıq Ukrayna ərazisinə yeni kütləvi zərbə endirməyə hazırlaşır.

"Yeni Sabah" "Report"a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Bu günlərdə daha da diqqətli olmaq lazımdır. Rusiya kütləvi zərbəyə hazırlaşıb və onu endirmək üçün anı gözləyir. Xahiş edirəm, bütün hava həyəcan siqnallarına diqqət yetirin. Hər bir vilayətdə insanlara dəstək vermək və operativ reaksiya göstərmək üçün tam hazırlıq olmalıdır", – deyə o vurğulayıb. Toyuqlu pizza

Zelenski hələ yanvarın 16-da Rusiyanın Ukraynaya yeni kütləvi zərbələrə hazırlaşdığını bəyan etmişdi. Onun sözlərinə görə, bu barədə məlumatı Ukrayna kəşfiyyatı əldə edib. Yanvarın 18-də isə dövlət başçısı tərəfdaşlara müraciət edərək Ukraynanın daha çox müdafiəyə ehtiyacı olduğunu bildirib. Bu, əsasən, hava hücumundan müdafiə sistemləri üçün yeni raketlərə aiddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!