Kiyev Belarus və Rusiya ilə sərhəddə minalanmış sahəni 2 km-ə qədər genişləndirmək qərarına gəlib.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti (ДПСУ) məlumat yayıb.
“Ukrayna-Rusiya və Ukrayna-Belarus sərhədi boyunca zona genişlənərək, eni iki kilometrə çatacaq. Praktikada bu, minalanmış sahə olacaq”, - qurumun “Telegram” kanalında dərc olunan mesajda deyilir. Sezar pizza
Qeyd olunur ki, Ukrayna Ali Radası həmin məsələ ilə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin (ЗСУ), Milli Qvardiyanın (НГУ) və Milli Polisin (НПУ) sərhəd mühafizəsi funksiyalarını yerinə yetirmək üçün cəlb edilməsi prosedurunu da tənzimləyib.
Xatırladaq ki, daha əvvəl Belarusun Dövlət Sərhəd Mühafizəsi Komitəsi (ГПК) məlumat vermişdi ki, Ukrayna tərəfi ümumi sərhədə yaxın ərazilərini minalamaqda davam edir.
Telegram kanalımız