Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Rusiya və Ermənistan arasında gərginlik artacaq” - Cümşüd Nuriyev
30 Dek 2020 23:16
844

“Rusiya və Ermənistan arasında gərginlik artacaq” - Cümşüd Nuriyev

Bu addım ermənilərin aqressivliyini göstərir. Onlar məğlubiyyətlə barışmaq istəmirlər.

Onlar həm də bu kimi hallardan Nikol Paşinyana qarşı istifadə edirlər.

Yenisabah.az xəbər verir ki, bu fikirləri politoloq Cümşüd Nuriyev Qafan-Gorus yolunun Azərbaycan nəzarətində olan hissəsində “Azərbaycana xoş gəlmisiniz” afişasının ermənilər tərəfindən təhqir edilməsinə toxunarkən deyib.

C. Nuriyev qeyd edib ki, bu kimi hərəkəti Azərbaycan üçün təhqir kimi qəbul etmək olar, amma əslində rus sülhməramlılar tədricən ermənilərin də simasını tanımalı olurlar: “Eyni zamanda belə hərəkətlər Rusiya və Ermənistan arasında gərginliyin yaranmasına səbəb olacaq. Görün bunlar nə dərəcədə acizdirlər ki, həmin afişanı rəngləmək və ya söyüş söyməklə nəsə qazanacaqlarını düşünürlər. Bu saat rus sülhməramlıların iştirakı ilə Azərbaycan və Ermənistan SSRİ-nin sərhədlərinin demarkasiyası işi aparılır. Bu da CPS sistemi ilə edilir. Hər bir koordinatın uzunluq və enlik dairələri var. CPS-dən bu ərazinin 1 metr kənara çıxması belə mümkün deyil. Coğrafi koordinatı dəyişmək baş tutası iiş deyil. Sadəcə bunlar 30 il ərzində Azərbaycan ərazisini “özəlləşdirmişdi”. Əslində dövlət gərək bunu etməməli, həmin ərazidən yol çəkəndə düşünməli idi ki, sabah Azərbaycan qələbə qazansa yol onun nəzarətinə keçəcək. Ermənistan Müdafiə Nazirliyi və Baş nazir Paşinyan açıq elan edib ki, həmin torparlaq Azərbaycana məxsusdur”.

Mütəxəssisin qənaətincə, belə poblemləri yaratmaqda Ermənistanda radikal qüvvələr, xüsusilə ASALA və Daşnaksütyun gündəmə gətirməyə çalışırlar: “Əslində Rusiyada maraqlıdır ki, Ermənistan müxalifəti Paşinyanın əleyhinə getsin. Amma bunun alınması mümükn görünmür. Bu addımın mənfi tərəfi odur ki, ermənilər savadsızlığı səbəbindən buna aqressiv yanaşdı, müsbət tərəfi odur ki, bu hal Rusiya-Ermənistan arasında gərginlik yaradacaq. Onsuz da, nifrət ermənilərin gözünü örtüb və onlar Rusiyaya inanmırlar. Məncə, bu qarşıdurma artacacaq”. /Teleqraf.com

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər