YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Rusiya vətəndaşı olmayan azərbaycanlılar səfərbərliyə cəlb olunarsa... -  Deputat açıqladı

Rusiya vətəndaşı olmayan azərbaycanlılar səfərbərliyə cəlb olunarsa... - Deputat açıqladı

Siyasət

27 Sentyabr 2022 11:00 46024


“İndiki halda Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlılar Rusiya qanunlarına tabedirlər. Vətəndaşın isə dövləti qarşısında hüquq və vəzifələri olur. Bu vəzifələrdən biri müharibə vəziyyəti olacağı təqdirdə hərbi xidmət etmək öhdəliyidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O, sentyabrın 21-də Rusiyada elan olunmuş qismən səfərbərlik prosesindən sonra bu ölkədə yaşayan azərbaycanlıların səfərbərliyə cəlb olunmasına münasibət bildirib:

“Söhbət 300 min hərbi mükəlləfiyyətlinin, eləcə də ehtiyatda olan əsgər və zabitlərin müharibəyə cəlb edilməsindən gedir. Əsas şərt isə Rusiya vətəndaşı olmaqdır. 

Təxminən 2 milyona qədər azərbaycanlı Rusiyada yaşayır və bunların yalnız və yalnız Rusiya vətəndaşlığını qəbul etmiş hissəsi hərbi mükələfiyyətli ola və qismən səfərbərlik prosesinə cəlb edilə bilər. Rusiya çoxmillətli dövlətdir və buna görə də Rusiya vətəndaşlığını qəbul etmiş digər xalqların nümayəndələrinin səfərbərlik dairəsinə daxil edilməsi mümkündür.

Rusiya vətəndaşlığını qəbul etməyən, amma Rusiya ərazisində yaşayan azərbaycanlıların səfərbərliyə cəlb edilməsi ilə bağlı qeyri-qanuni addım atılsa, təbii ki, bununla bağlı etiraz bildiriləcək. Lakin bu, mümkün deyil. Amma müəyyən neqativ hallar olsa, təbii ki, onun qarşısı alınar”.

“Mən bir daha deyirəm, yalnız və yalnız hansısa hərbi komissarlıqlar plan doldurmaq naminə Rusiya vətəndaşı olmayan, amma bu ölkədə yaşayan azərbaycanlılar səfərbərliyə cəlb olunarsa, bu, qeyri-qanuni addım sayılar. Təbii ki, bu, artıq fərqli bir müstəvidir. Rusiyada səfirliyimiz və digər qurumlar bu məsələyə müdaxilə edib hüquqi müstəvidə tənzimlənməsini həyata keçirə bilərlər və bu, belə də olmalıdır. Lakin qalan hallarda Rusiya vətəndaşı olan azərbaycanlıların da eyni öhdəlik və vəzifələri mövcuddur”, – deyə deputat fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!