Rusiya vətəndaşlığından imtina edənlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya vətəndaşlığından imtina edənlərin sayı açıqlandı

Dünya

22 Oktyabr 2023 14:43 577


Bu il təxminən 4400 nəfər Rusiya vətəndaşlığından imtina edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov bildirib.

Qeyd edilib ki, 2023-cü ilin ilk 9 ayında 15100 nəfər xaricdə Rusiya vətəndaşlığına qəbul edilib. Rusiya vətəndaşlığına qəbul edilənlərin böyük əksəriyyəti qarışıq nikahdan doğulan uşaqlardır. Həmin dövrdə Rusiya diplomatik nümayəndələri anadan olan 12500 uşağa vətəndaşlıq verib: pizza

"Müqayisə üçün, 2022-ci ildə bu rəqəmlər müvafiq olaraq 23500 və 13600 nəfər olub. Rusiya vətəndaşlığına xitam verilməsinə gəlincə, 2023-cü ildə 4400 nəfər Rusiya vətəndaşlığından imtina etmək arzusunu ifadə edib. Ötən ilin statistikası ilə müqayisə etsək, 2022-ci ilin yekununda bu göstərici 4300 nəfər olub”./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!