Rusiya XİN erməni vandalizmini pislədi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN erməni vandalizmini pislədi

Siyasət

30 Yanvar 2024 23:11 549


“Rusiya İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidə ilə bağlı törədilən vandalizm aktını qətiyyətlə pisləyir və bildirir ki, bu cür nalayiq hərəkərlər respublikada Rusiya Federasiyasını ləkələmək məqsədilə başladılan ictimai kampaniyanın davamı üçün şərait yaradır”.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

“Yanvarın 29-da İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidədə ilə bağlı törədilən vandalizm aktını qətiyyətlə pisləyirik. Dərin təəssüflə qeyd edirik ki, bu, Rusiya və Ermənistan üçün ümumi olan tarixin qəhrəmanlıq səhifələrinə həsr olunmuş abidələrin ilk dəfə təhqir olunması halı deyil. Biz respublikanın hakimiyyətindən gələcəkdə bu cür barbarlıq təzahürlərinin qarşısının alınmasını gözləyirik”, -  Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan şərhdə bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!