Rusiya yoxsul ölkələrə tonlarla taxıl göndərə bilər

saytların hazırlanması

Evə çatdırılma

Rusiya yoxsul ölkələrə tonlarla taxıl göndərə bilər

Dünya

02 Noyabr 2022 11:50 806


Krasnodar taxılı Ukrayna taxılına alternativ ola bilər. Rusiyanın adı çəkilən regionu bu il rekord məhsul yığıb, onun bir hissəsi Afrikanın yoxsul ölkələrinə göndərilə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə prezident Vladimir Putinlə Kuban qubernatoru Veniamin Kondratyevin görüşündə bildirilib.

Rusiyalı ekspertlər noyabrın 1-də keçirilən görüşün nəticələrini şərh ediblər. Siyasi analitiklərin fikrincə, "taxıl müqaviləsi" ətrafında yaranmış vəziyyət Krasnodar diyarını artıq geosiyasi mənada strateji əhəmiyyətli regiona çevirir. pizza

Prezident Putinlə qubernator Kondratyev arasında söhbət Soçidə baş tutub. Onun ictimai hissəsində Kuban fermerlərinin bu il əldə etdikləri rekord məhsuldan söhbət gedib.

“Biz rekord taxıl məhsulu əldə etdik - 15,1 milyon ton, o cümlədən 10,7 milyon ton buğda. Üstəlik, məhsulun 85%-i bərk sortdur ki, bu da çörək, makaron və digər məhsulların istehsalına yarayır. İnsanların süfrələrində yüksək keyfiyyətli məhsulların olması vacibdir”, - deyən Kondratiyev bildirib ki, istehsalın modernləşdirilməsi, yeni yüksək texnologiyalı avadanlıq və gübrə, yanacaq-sürtkü materiallarının sabit qiymətləri belə məhsul əldə etməyə imkan verib.

Putinin Kondratyevlə görüşü və rekord taxıl məhsulu haqqında söhbət Rusiya Federasiyasının prezidenti ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında "taxıl müqaviləsi" ilə bağlı vəziyyətə dair telefon danışığından sonra baş tutub. Daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə eyni mövzuda danışıqlar aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!