Rusiyanın Krasnodar vilayətindəki Dederköy qəsəbəsi yaxınlığında erməni əsilli Rusiya vətəndaşları 3 nəfərə hücum edib.
Yenisabah.az TASS-a xəbər verir ki, hadisə nəticəsində 41 və 38 yaşlı kişilərin meyitləri çay yaxınlığında tapılıb. 21 yaşlı üçüncü şəxs yaralanıb və hazırda xəstəxanadadır.
Cinayətdə şübhəli bilinənlər ermənilər – Karen Ustyan, Vardan Tulumcyan, Albert Ekzariyan və Artyom Turkmenyan hazırda axtarışa verilib.
Telegram kanalımız