Rusiyada Azərbaycan diasporunun rəhbəri həbs olundu -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada Azərbaycan diasporunun rəhbəri həbs olundu - VİDEO

Dünya

21 Avqust 2026 17:26 74


Rusiyada Azərbaycan vətəndaşı Ruslan Məmmədova qarşı cinayət işi açılıb.

"Yeni Sabah" properm.ru-ya istinadla xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) Perm İdarəsi bu gün R.Məmmədovu rüşvətxorluqda vasitəçi kimi çıxış etmək ittihamı ilə həbs edib.

Həbs Rusiya Milli Qvardiyasının dəstəyi ilə baş tutub. Dominos pizza

R.Məmmədov Perm vilayətində milli diasporun lideridir və o, "şəxsiyyəti məlum olmayan hüquq-mühafizə orqanlarının əməkdaşlarına pul mükafatı müqabilində Perm sakininin cinayət təqibini dayandırma"nı təklif edib.

Rusiya İstintaq Komitəsi hazırda Cinayət Məcəlləsinin 291.1-ci maddəsinin 5-ci hissəsi ilə cinayət işi açıb və məsələni araşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!