Rusiyada dövlət çevrilişinə cəhd oldu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada dövlət çevrilişinə cəhd oldu

Dünya

28 Avqust 2022 12:00 1585


Rusiya Prezidenti Vladimir Putinin rejimi çevriliş nəticəsində devrilə bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi və publisist Andrey Piontkovski deyib.

"Keçən həftə Rusiyada daxili çevrilişə cəhd oldu, bunu çox az adam fərq etdi. Onun ilhamçısı qeyri-rəsmi ultrafaşist partiyadır, yəni Aleksandr Duqindir. Putini ifşa edən Qirkin isə son verilişlərdə Putini asmağı belə tələb etdi. Əslində dövlət çevrilişinə cəhd olub”, - müxalifətçi vurğulayıb. Sezar pizza

Politoloqun fikrincə, Putini daxili etirazlarla devirmək olar:

"Nüvə silahına sahib olan suveren dövlətə qarşı hərbi təcavüz çox təhlükəli qumar oyunudur. Düşünürəm ki, Qərb liderləri arasında ən qaynar başlar belə bunu başa düşür".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!