Rusiyada erməni icmasının rəhbərinə cinayət işi açıldı 

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada erməni icmasının rəhbərinə cinayət işi açıldı 

Maraqlı

26 Yanvar 2023 08:52 680


Rusiyanın Yekaterinburq şəhərinin erməni icmasının başçısı Masis Nazaryana qarşı cinayət işi başlanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb. 

Bildirilib ki, bir neçə gün əvvəl Yekaterinburq şəhərinin erməni diasporunun nümayəndələri “Müqəddəs Karapet” kilsəsində Qarabağ ermənilərinə dəstək videosu çəkib yayıblar. Rusiya polisi Masis Nazaryanı hakimiyyət orqanlarını xəbərdar etmədən kütləvi tədbir keçirməkdə təqsirli bilib. 

Qeyd edək ki, Masis Nazaryan 2003-cü ildən “Ani-Armeniya” erməni icması ictimai birliyinin sədridir. Qanunazidd hərəkətlərlə əlaqədar erməni diasporunun digər üzvü Elen Kirakosyana qaşı da inzibati iş açılıb. Lakin işin detalları hələlik ictimaiyyətə açıqlanmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!