Rusiyada Hüseyn Həsənovun bloqları qadağan olundu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada Hüseyn Həsənovun bloqları qadağan olundu

Şou

21 Aprel 2023 22:32 1221


Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun “Twitch”, “Telegram” və “Kick” platformalarındakı hesabları Roskomnadzorun qadağan olunmuş məlumatlar reyestrinə daxil edilib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, onunla yanaşı, qara siyahıya Yeqor Kred, Andrey Burim, Nikolay Lebedev, Yuri Xovanski və başqaları da salınıb.

Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina cümə günü bildirib ki, Roskomnadzor həmçinin adıçəkilən platformalardan Rusiyadakı hesablara girişi məhdudlaşdırmağı tələb edib. Toyuqlu pizza

Mizulinanın sözlərinə görə, hazırda Federal Vergi Xidməti də “vergi qanunlarının pozulması əlamətləri” ilə bağlı bir sıra nəzarət tədbirləri həyata keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!