Rusiyanın Kursk vilayətində iki Su-35S qırıcı təyyarəsinin havada toqquşduğu bildirilir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiyanın hərbi aviasiya üzrə ixtisaslaşmış “Fighterbomber” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, təyyarələr Kursk vilayəti üzərində uçuş həyata keçirərkən toqquşublar. Hadisənin səbəbləri araşdırılır. Marqarita pizza
Hazırda pilotların vəziyyəti, eləcə də hadisənin digər təfərrüatları barədə məlumat yoxdur. Rusiya Müdafiə Nazirliyi insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Su-35S Rusiyanın “4++” nəslinə aid çoxməqsədli qırıcı təyyarəsidir./lent
Telegram kanalımız