Rusiyada terror törətmək istəyən İŞİD üzvləri saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada terror törətmək istəyən İŞİD üzvləri saxlanıldı

Dünya

24 Oktyabr 2022 11:39 797


Rusiyanın Pyatiqorsk şəhərində İŞİD terror qruplaşmasının terror aktı cəhdinin qarşısı alınıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Qeyd olunub ki, polis idarəsi yaxınlığında terror aktı törətmək istəyən İŞİD üzvləri saxlanılıblar. Dominos pizza

Məlumata görə, saxlanılanlar əməllərini etiraf ediblər.

Terrorçuların yaşayış evlərində axtarış aparılarkən əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün əldə etdikləri komponentlər və zədələyici elementlər, montaj sxemləri, qadağan olunmuş təşkilatın rəmzləri, məxfi əlaqə vasitələri aşkar edilərək götürülüb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!