Rusiyada yanacaq böhranının yeni dalğası – qıtlıq, növbə, qiymət oynaması...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada yanacaq böhranının yeni dalğası – qıtlıq, növbə, qiymət oynaması...

Dünya

12 Avqust 2026 21:19 73


Rusiya Federasiyasinin subyektlərindən gələn məlumatlara görə, avqust ayında Ukraynanın neft emalı zavodlarına dron hücumları səbəbindən ölkədə yeni yanacaq çatışmazlığı dalğası başlayıb.

''Yeni Sabah'' xarici mediaya istinadla xəbər verir ki, federasiyanın cənubundan Primorsk diyarına qədər bölgələrin sakinləri yanacaqdoldurma məntəqələrində növbələrdən şikayətlənirlər. Orenburq vilayətində və Soçidə birdəfəyə verilə bilən yanacaq miqdarına məhdudiyyətlər bərpa edilib. Bundan əlavə, Soçi administrasiyası yerli sakinlərdən və turistlərdən şəxsi nəqliyyat vasitələri ilə səyahət etməkdən çəkinməyi xahiş edir. Media həmçinin benzin təchizatında problem yaşayan digər bölgələr barədə məlumat verib.

Bildirilir ki, ən azı 12 bölgədə uzun yanacaq növbələri müşahidə olunur. Jurnalistlər bu bölgələrin sırasında Krasnodar diyarı, Voronej, Kaluqa, Rostov, Ryazan, Tambov, Tula, Saratov, Smolensk, Penza və Ulyanovsk vilayətləri, eləcə də Primorsk diyarının adlarını çəkirlər. pizza mizza

Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev də bölgədə "çətin yanacaq vəziyyəti" barədə məlumat verib. 12 avqustdan etibarən bölgədəki bütün yanacaqdoldurma məntəqələrində məhdudiyyətlər (30 litrdən çox benzin və 60 litr dizel yanacağı) və "tək-cüt" sistemi tətbiq olunacaq. Bu sistem o deməkdir ki, cüt rəqəmlərlə bitən nömrə nişanlarının sahibləri cüt günlərdə, digərləri isə tək günlərdə yanacaq doldura biləcəklər. Solntsev bildirib ki, "yanacaqdoldurma məntəqələrindəki hərəkətləri əlaqələndirmək" üçün polis də məsələnin həllində iştirak edəcək.

Bundan əlavə, bölgələrdən benzin çatışmazlığı və bəzi yanacaqdoldurma məntəqələrinin bağlanması ilə bağlı şikayətlər gəlir - bu cür şikayətlər Krasnoyarsk diyarı və Başqırdıstandan gəlib. Qiymət artımlarının olduğu da bildirilir - oxşar vəziyyət Vladimir Putinin son günlərdə ziyarət etdiyi bölgələrdə müşahidə olunub (səfərdən əvvəl qiymətlər düşmüşdü).

Putinin Krasnoyarska səfərindən bir gün əvvəl ölkə daxilində bəzi yanacaqdoldurma məntəqələrində benzinin qiyməti kəskin şəkildə aşağı düşüb (litr üçün 24 rubl). Yanacaqdoldurma məntəqələrinin nümayəndələri bunu "logistikanın müvəqqəti yaxşılaşması" və "birbaşa neft emalı zavodlarından əlavə yanacaq tədarükü" ilə əlaqələndiriblər. Lakin prezidentin getməsindən sonra qiymətlər əvvəlki səviyyələrinə qayıdıb.

Putinin növbəti dayanacağı olan Novosibirskdə onun korteji boş yanacaqdoldurma məntəqəsində dayanıb. Orada prezident onu gözləyən uşaqlarla söhbət edib. Kreml tərəfindən maliyyələşdirilən müxbir Pavel Zarubinin videoyazısı geniş yayılıb. Yanacaqdoldurma məntəqəsindəki qiymət etiketləri rənglənib.

İndiyə qədər Moskva və Sankt-Peterburqdan bu məsələ ilə bağlı, demək olar ki, heç bir etiraz olmayıb. Lakin Dmitrovskoye şossesi boyunca yerləşən bir neçə “Rosneft” yanacaqdoldurma məntəqəsində AL-95 benzininin tükəndiyi bildirilir.

Hakimiyyət orqanları böhranın yeni dalğasını rəsmi olaraq elan etməyib. 11 avqustda baş nazirin yanacaq sektoru üzrə müavini Aleksandr Novak daxili bazardakı vəziyyətlə bağlı iclas keçirib. İclasdan sonra müvafiq qurumlara, regional hakimiyyət orqanlarına və neft şirkətlərinə "daxili bazarı yanacaqla təmin etmək üçün əlaqələndirilmiş səyləri davam etdirmək", qiymət tendensiyalarını izləmək və istehlakçılara "fasiləsiz benzin təchizatı"nı təmin etmək tapşırılıb.\Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!