Rusiyadan dəhşətli xəbərlər gəlir: Bu sektordakı azərbaycanlılar...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan dəhşətli xəbərlər gəlir: Bu sektordakı azərbaycanlılar...

Siyasət

07 İyul 2025 23:15 12160


Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına iş çatında mesaj göndərilərək saat 12:00-a qədər şəxsi heyət arasında azərbaycanlıların olub-olmaması barədə hesabat vermək tələb edilib.

Yenisabah.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya sosial şəbəkələrində məlumat yayılıb.

Həmçinin qeyd olunub ki, müvafiq cədvəl doldurulmalı və saat 14:00-a qədər təqdim edilməlidir.

Rusiyadan başqa narahatedici siqnallar da yayılıb. Belə ki, Moskvadakı tikinti şirkətlərində Azərbaycan vətəndaşı olan işçilərin yataqxanalardan çıxarılmasına başlanılıb.

Bütün bu addımlar Rusiyada azərbaycanlılara qarşı qeyri-rəsmi təzyiq kampaniyasının başladığını göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Həsrət
    Səbəb nədir nə baş verir?
    10 months ago