Rusiyalı milyarderlər Bodrumu seçdi: Altı nəhəng yaxta Türkiyə sahillərində lövbər saldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı milyarderlər Bodrumu seçdi: Altı nəhəng yaxta Türkiyə sahillərində lövbər saldı

Dünya

16 İyul 2026 20:43 64


Rusiyalı milyarderlərə məxsus altı lüks yaxta Türkiyənin Bodrum kurort şəhəri yaxınlığında lövbər salıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Verstka" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, hazırda Türkiyənin cənub və cənub-qərb sahillərində Roman Abramoviç, Oleq Deripaska, VTB-nin rəhbəri Andrey Kostin və "Lukoyl"un təsisçisi Vahid Ələkbərova məxsus gəmilər yerləşir. Həmçinin, yaxınlıqda gümüş və qızıl hasilatı ilə məşğul olan "Polymetal" şirkətinin təsisçisi Aleksandr Nesisin və Ural Dağ-Mədən Metallurgiya Şirkətinin həmtəsisçisi və prezidenti İsgəndər Mahmudovun yaxtaları da var./Oxu.az Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!