"Rusiya Azərbaycandan erməni məhbusları qeyd-şərtsiz azad etməyə çağırır".
Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni vəzifədaş Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Rusiya diplomatiyasının rəhbəri 2020-ci il noyabrın 9-da imzalanan üçtərəfli bəyanatda o vaxt əsirlikdə olan şəxslərin azad edilməsinə işarə edildiyinə də diqqət çəkib:
“Azərbaycan tərəfi bəyanat qüvvəyə mindikdən sonra, noyabrın sonlarında orada olan erməni hərbçiləri qrupunun böyük hissəsini saxlayır. Buna baxmayaraq, Rusiya Prezidenti Azərbaycan rəhbərliyi ilə, Prezident Əliyevlə təmaslarında və digər səviyyələrdə azərbaycanlı vəzifədaşlarımıza bu siqnalı göndərir ki, hər kəsin heç bir şərt olmadan azad edilməsinə çağırırıq. Bu, hazırda mövcud olmayan etimadın simvolik bir ölçüsü, əhəmiyyətli humanitar addım olardı”.
Rusiyalı nazir son qərarın Moskvadan asılı olmadığını da vurğulayıb.
O diqqətə çatdırıb ki, Rusiya Ermənistan tərəfindən mina sahələri xəritələrinin verilməsi də daxil olmaqla, hər cür etimad tədbirlərini fəal şəkildə dəstəkləyir:
“Bir şeyi digərinə bağlamaq lazım deyil, sadəcə eyni torpaqda yaşamaq və eyni hava ilə nəfəs almaq məcburiyyətində qalacağınız bir tərəfdaşa, qonşuya doğru addım atmaq xoş atmosfer yaradar”.
Telegram kanalımız