Avropa Komissiyası Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ukrayna məsələsi üzrə beynəlxalq məhkəmənin yaradılması təşəbbüsü ilə çıxış edib.
Yenisabah.az xəbər verir ki. bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen danışıb.
O deyib: “Beynəlxalq Cinayət Məhkəməsi ilə birlikdə Rusiyanı mühakimə etmək üçün BMT-nin dəstəyi ilə xüsusi məhkəmənin yaradılmasını təklif edirik. Biz xüsusi məhkəməyə daha geniş beynəlxalq dəstək qazanmaq üçün beynəlxalq ictimaiyyətlə işə başlamağa hazırıq”. pizza mizza
Leyen, həmçinin, qeyd edib ki, Rusiya vurduğu ziyana görə maddi təzminat ödəməlidir. Avropa Komissiyasının sədri qeyd edib ki, hesablamalara görə, hərbi əməliyyatlar zamanı ukraynalılara dəyən ziyan 600 milyard avro təşkil edib.
Ursula fon der Leyen bəyan edib ki, onlar Rusiyanı ödəməyə məcbur edə bilərlər. Aİ Rusiya Mərkəzi Bankının 300 milyard avro məbləğində aktivlərini, rusiyalı oliqarxların isə 19 milyard avro məbləğində pulunu dondurub.
Fon der Leyenin sözlərinə görə, dondurulmuş pulları idarə edəcək, vəsaitləri yatıracaq, sonra isə onları Ukraynaya yönəldəcək xüsusi struktur yaradılacaq.
Telegram kanalımız