Rusiyanın Avropa aktivləri Ukraynaya verilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Avropa aktivləri Ukraynaya verilə bilər

Dünya

19 Yanvar 2023 16:44 545


Avropa Parlamentinin deputatları “Ukraynaya qarşı təcavüz cinayəti üzrə tribunalın yaradılması haqqında” qətnamədə Rusiya aktivləri hesabına Ukraynaya kompensasiya vermək möhkəmləndirmək niyyətindədirlər.

Yenisabah.az “Euronews”a istinadla xəbər verir ki, qətnamə üzrə səsvermənin bu gün Strasburqda Avropa Parlamentinin plenar iclası zamanı keçiriləcəyi gözlənilir.

Avropa Parlamentinin xarici siyasət məsələləri ilə bağlı  qətnamələr hüquqi qüvvəyə malik deyil, lakin digər Avropa qurumları Avropa Parlamenti üzvlərinin rəyini dinləməlidir. pizza hut

Xatırladaq ki, G7 ölkələri daha əvvəl bəyan etmişdi ki, Rusiya aktivlərinin Ukraynanın yenidən qurulmasına yönəldilməsi yollarını öyrənməyi məqsədəuyğun hesab edirlər. Dekabrda G7 ölkələri Ukraynanın bərpası və yenidən qurulması prosesini dəstəkləmək üçün koordinasiya platformasının yaradılmasını elan ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!