Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Rusiyanın ən azı 30 il Qarabağda qalmaq niyyəti var”
09 Sen 2021 08:01
2724

“Rusiyanın ən azı 30 il Qarabağda qalmaq niyyəti var”

“10 noyabr razılaşması imzalandıqdan sonra Ermənistanda, elə bizdə də xəbər yayıldı ki, bu razılaşmadan əlavə daha bir sənəd olub. Bunu Nikol Paşinyan da dilə gətirdi. Bildirildi ki, Azərbaycan o zaman bu sənədlə razılaşmayıb və bu üzdən onun imzalanması təxirə salınıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu siyasi analitik Oqtay Qasımov deyib. O, Azpolitika-ya müsahibəsində bildirib ki, 2021-ci ilin 11 yanvarında Moskvada baş tutan görüş zamanı da Prezident Vladimir Putin sülhməramlıların mandatı və statusu ilə bağlı müəyyən mesajlar verdi. 

“O zaman Putinin bu fikirlərindən belə qənaətə gəlmək olurdu ki, Rusiya tərəfinin hazırda vacib saydığı əsas məsələlərdən biri sülhməramlı adı ilə bölgədə yerləşən həmin kontingentin hüquqi statusunun müəyyən edilməsidir. Təbii ki, biz sənədin mətnindən məlumatlı deyilik, amma ümumən tarixə ekskurs etdikdə, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgələrindəki münaqişələr və o zaman Rusiya ilə Gürcüstan, eləcə də Rusiya ilə Moldova arasında imzalanan bu tipli sənədlərin sonradan hansı vəziyyətə gətirib çıxardığını görürük. 

Təəssüflər olsun ki, Rusiya tərəfi heç zaman sülhməramlı adı ilə daxil olduğu əraziləri tərk etməyib. Bu gün Moldovanın durumunu yaxından izləyirik. Moldova Prezidenti səviyyəsində dəfələrlə bu məsələnin qaldırılmasına və faktiki olaraq sülhməramlı adlandırılan qüvvələrin oradakı iştirakının müddətinin bitməsinə baxmayaraq, Rusiya həmin bölgədən çıxmaq istəmir. 

Digər tərəfdən, belə qənaət yaranır ki, o sənəddə Ermənistanın da tərəf olaraq göstərilməsi məsələsi var və sözsüz ki, Azərbaycan bunu qəbul edə bilməz. Bu məsələlər Azərbaycan və Rusiya arasında həll olunmalıdır. Həmçinin, sülhməramlıların burada yerləşmə müddəti var. İndi rusların marağı və niyyəti qeyri-müəyyən müddətə, əgər bu alınmayacaqsa, ən azı 30 il Qarabağda qalmaqdır. Azərbaycan tərəfi də haqlı olaraq dirəniş göstərir və bununla razılaşmır.

Eyni zamanda bölgədə xeyli məsələlər var ki, həllini tapmayıb. O cümlədən 10 noyabr anlaşmasının 3 maddəsi həyata keçirilməmiş qalıb. Azərbaycanın da bununla bağlı narazılığı var. 

Sızan məlumatlardan biri də odur ki, hazırda ermənilərin yaşadığı bölgədə yerli idarəetmə strukturlarında Azərbaycanın iştirak etməsi məsələsi var. Əlbəttə, bu, Rusiyadan asılı ola bilməz. Çünki bu, Azərbaycanın suverenliyi məsələsidir. 

Odur ki, ortada bizi narahat edən müəyyən məqamlar var. Görünür, bu mesajların Prezidentin köməkçisi tərəfindən verilməsi də dediklərimizin təsdiqidir. Xüsusilə də mövzu Rusiya olduqda cəmiyyət buna daha həssas yanaşır. Çünki Rusiyanın bölgədəki 250 illik varlığı və fəaliyyəti hər kəsə yaxşı məlumdur”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər