16 Avqust - 05:16
Rusiyanın sərhədimizdə tikdiyi yeni hərbi baza - Ermənistan üçün böyük təhlükə

Rusiyanın sərhədimizdə tikdiyi yeni hərbi baza - Ermənistan üçün böyük təhlükə

Siyasət

06 İyul 2022 14:29 1285


“Rusiyanın yeni hərbi baza tikməkdə məqsədi Ermənistanı daha ciddi nəzarət altında saxlamaqdır”.

Bunu Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, Ermənistanın Azərbaycanla həmsərhəd ərazisində olan Aygepar kəndində Rusiyanın yeni hərbi baza yaratma planını şərh edib:

“Həmin bazanın Azərbaycan üçün ciddi töhlükə yaradacağına inanmıram. Çünki qüvvələr nisbətinə nəzər yetirsək, vəziyyətin Azərbaycanın xeyrinə olduğunu görə bilərik.

Fikrimcə, bu bazanın tikilməsində məqsəd Ermənistanın təhlükəsiziyini təmin etmək və daha ciddi nəzarət altında saxlamaqdır”.

Z. Əlizadə əlavə edib: “Əgər Azərbaycan üçün hansısa təhlükə varsa, Silahlı Qüvvələrin döyüş qabiliyyəti artırılmalı, düzgün istiqamətdə addımlar atılması üçün xüsusi plan hazırlanıb lazımi tədbirlər görülməlidir”.

Nəsimi Ələsgərli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!