Rusiyanın Xabarovsk vilayətində və Yakutiyada bir çox insan səhvən səfərbərliyə cəlb edilib.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Xabarovsk vilayətinin qubernatoru Mixail Deqtyaryev məlumat yayıb.
Onun sözlərinə görə, bölgənin bir neçə min sakini on gün ərzində çağırış vərəqəsi alıb və hərbi komissarlığa gəlib: "Onların təxminən yarısını müqavilə üzrə hərbi xidmətə seçmə kriteriyalarına cavab verməyənlər kimi evlərinə göndərdik. Prezidentimizin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün işlər davam edir". pizza mizza
Qubernator bildirib ki, səfərbər olunanlar arasında, əlilllərlə yanaşı, ailə vəziyyəti ağır olanlar, habelə övladlarını təkbaşına böyüdən kişilər də var.
"Bu insanlar artıq evlərindədir. Hazırda onlara ön cəbhədə daha az ehtiyac duyulur. Bir daha vurğulayıram ki, qismən səfərbərlik yalnız Müdafiə Nazirliyi və prezidentin təsdiq etdiyi kateqoriyalara aiddir. Bütün yayınma faktlarına isə son qoyulmalıdır” – o, deyib.
Yakutiyanın ictimai palatasının rəhbəri Nikolay Buqayev isə vurğulayıb ki, hazırda səfərbərlik məntəqələrində tibbi müayinə təşkil olunub. Qismən səfərbərliyin ilk günlərində 300 nəfər səhvən müharibəyə çağırılıb.
Telegram kanalımız