Rusiyaya gedən azərbaycanlılara yeni tələb: Bu qaydaya əməl etməyənlər...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya gedən azərbaycanlılara yeni tələb: Bu qaydaya əməl etməyənlər...

Dünya

02 İyul 2026 09:14 1225


İyulun 1-dən etibarən Rusiyaya vizasız rejimlə səfər edən xarici vətəndaşlar üçün yeni giriş qaydaları qüvvəyə minib.

"Yeni Sabah" Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları da daxil olmaqla, Rusiyaya vizasız daxil olan əcnəbilər ölkəyə səfər etməzdən əvvəl “Gosuslugi RuID” mobil tətbiqi vasitəsilə elektron qeydiyyatdan keçməlidirlər. Artıq bu tələb dünəndən başlayaraq tətbiq olunur.

Məlumata görə, giriş üçün elektron müraciət sərhədi keçməzdən ən tez 90 gün, ən gec isə 72 saat əvvəl təqdim edilməlidir. Müraciət təsdiqləndikdən sonra istifadəçiyə sərhəddə təqdim ediləcək xüsusi QR kod formalaşdırılır. Marqarita pizza

Yaxın qohumun ağır xəstələnməsi və ya vəfatı kimi təxirəsalınmaz hallarda isə müraciəti sərhədi keçməyə 4 saat qalmış da göndərmək mümkündür. Bu zaman fövqəladə halı təsdiqləyən sənədlərin təqdim edilməsi tələb olunur.

Yeni qaydalar Belarus vətəndaşlarına, 6 yaşınadək uşaqlara, diplomatlara, beynəlxalq təşkilatların əməkdaşlarına və bəzi digər kateqoriyalara şamil edilmir.

Qeyd edək ki, bu sistem Rusiyaya vizasız giriş edən xarici vətəndaşların əvvəlcədən elektron identifikasiyası və sərhəd nəzarətinin rəqəmsallaşdırılması məqsədilə tətbiq olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!