Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar təsdiqlənəcək   -Tarix açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar təsdiqlənəcək -Tarix açıqlandı

Dünya

10 Oktyabr 2026 18:13 97


Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləmək niyyətindədirlər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın zərbələri iki gün ərzində Ukraynanın 80-dən çox dinc sakininin həyatına son qoyub. pizza sifarişi

"Rusiya dizel yanacağı ilə bağlı sanksiyaların dayandırılması Moskvanı müharibə aparmaq üçün əlavə gəlirlərlə təmin edəcək. İndi Rusiyaya qarşı təzyiqi zəiflətmək vaxtı deyil və Avropa bunu etməyəcək", - o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp məlumat vermişdi ki, Rusiya lideri Vladimir Putinlə telefon danışığının yekunlarına görə, Rusiyanın dizel yanacağının Amerika və dünya bazarlarına irimiqyaslı tədarükü barədə razılıq əldə olunub.\Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!