Rusiyaya silah tədarükü Şimali Koreyaya çoxlu pul qazandıra bilər

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya silah tədarükü Şimali Koreyaya çoxlu pul qazandıra bilər

Dünya

30 Yanvar 2023 13:17 617


Rusiyaya silah tədarükü Şimali Koreyaya həyati vacib miqdarda gəlir gətirə bilər.

Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, Rusiyanın Ukraynada genişmiqyaslı müharibəni davam etdirməsi üçün silah ehtiyacı Şimali Koreyanı xilas edə bilər.

KXDR-də XX əsrdə istehsal olunmuş külli miqdarda artilleriya və digər hərbi texnikalar var ki, bunlar Ukrayna müharibəsində özünün “yenidən doğuş”unu yaşayır. Bu ölkənin istehsal etdiyi 122 və 152 millimetrlik artilleriya mərmiləri də Rusiyanın köməyinə çata bilər. pizza

Bütün bu hərbi silah-sursatın və texnikaların Rusiyaya tədarük olunması Pxenyana xeyli vəsait qazandıra bilər. Bu da iqtisadi vəziyyəti pis olan və Qərb sanksiyaları ilə üzləşmiş aqressiv Kim rejimin ömrünü bir az da uzada bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!