Ruslar işğal etdikləri ərazilərdə kişilərə bölgəni tərk etməyi qadağan ediblər.
Yenisabah.az “UNIAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.
"Əhəmiyyətli canlı qüvvə itkilərinə görə, rus işğalçıları müvəqqəti ələ keçirdikləri ərazilərdə kişi əhalinin "səfərbərliyi" adlanan tədbir həyata keçirməyi planlaşdırır. İndi kişilərin məskunlaşdığı əraziləri tərk etməsi qadağandır", - məlumatda deyilir. Toyuqlu pizza
Bundan əlavə, ruslar ələ keçirdikləri Xarkov və Xerson vilayətlərində inzibati və polis rejimini gücləndirirlər.
"Ukrayna Silahlı Qüvvələrinin uğurlu hərəkətlərinə cavab olaraq rus işğalçıları "əks-tədbirlər” həyata keçirirlər. Yaşayış məntəqələrində, Xarkov və Xerson vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində işğalçılar inzibati və polis rejimini gücləndirir, giriş və məskunlaşan ərazilərdən çıxış qadağan edilib, komendant saatı tətbiq edilib”, - məlumatda deyilir.
Belə ki, Xersonda Antoniv körpüsünün göründüyü Sxidniy mikrorayonunun yaşayış yerlərində axtarış aparılıb. Kaxovka və Kozatskii şəhərlərinin yerli sakinlərinə Rusiya hərbçiləri keçidlərə yaxınlaşacaqları təqdirdə onlara atəş açmaları barədə xəbərdarlıq ediblər.
Telegram kanalımız