Rüstəm Orucov Avropa çempionatında bürünc medal qazandı
20 Noy 2020 20:20
443

Rüstəm Orucov Avropa çempionatında bürünc medal qazandı

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

Yenisabah.az xəbər verir ki, Avropa çempionumuz, Olimpiya Oyunları və dünya çempionatlarının mükafatçısı Rüstəm Orucov (-73 kq) ikinci dəfə qitənin ən güclüsü ola bilməyib.

O ardıcıllıqla Klaudio Nuneş dos Santos (Lüksemburq) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlsə də, Olimpiya və Avropa çempionu Laşa Şavdatuaşviliyə (Gürcüstan) uduzub.

Təsəlliverici yarışda bürünc medal üçün yarışan R..Orucov Tohar Butbul (İsrail) və Nils Ştumpa (İsveçrə) qalib gələrək üçüncü dəfə Avropa çempionatının bürünc medalını qazanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər