“Həbslərə və xəbərdarlıqlara baxmayaraq qanunsuz əməllərini davam etdirənlər bunun bədəlini ağır ödəyəcəklər, necə ki, ödəyirlər”.
Bu sözləri Yenisabah.az-a deputat Fazil Mustafa icra başçılarının həbsinə münasibət bildirərkən deyib.
Dövlət Təhlükəszizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyatlar nəticəsində həbs edilən icra başçılarının sayı artıq 4-ə çatıb. Həbs edilənlərin sayının artması ölkə başçısı İlham Əliyevin xəbərdarlıqlarına baxmayaraq, xüsusilə, koronavirus pandemiyası dövründə icra başçılarının qanunsuz əməllərini davam etdirmələri ilə bağlıdır. Marqarita pizza
Fazil Mustafa baş verənlərdən nəticə çıxarılmamasını rüşvət və korrupsiyanın bir şəbəkə məsələsi olması ilə izah edir: “Rüşvət və korrupsiya faktları yalnız icra hakimiyyətləri ilə bağlı deyil. Bu bir şəbəkə məsələsidir. Bu şəbəkənin içində ən çox boy verənlər də təbii ki, əhali ilə birbaşa təmasda olan məmurlar, o cümlədən icra başçılarıdır. Həbslər də məhz bu adamları əhatə edir.
Xüsusilə, koronavirus pandemiyası dövründə ağlı başında olan məmur, hətta korrupsioner olsa belə, əhalini narazı salacaq addımlardan çəkinməlidir. Amma biz bunun əksini müşahidə edirik. Ona görə də Prezident İlham Əliyev bu məsələdə prinsipial mövqe tutub”.
Deputat əlavə edib ki, artıq dövlət idarəetməsində yeni taktika seçilib: “Əgər əvvəllər təyinatlar zamanı Prezidentin həmin məmurlara verdiyi tapşırıqlardan xəbəri yox idisə, indi vəziyyət başqa cürdür. Prezident xalqın gözü qarşısında televiziya vasitəsilə tapşırıqlarını verir və əhaliyə göstərir ki, bu məmurlardan nəyi tələb etməlidir. Prezident faktiki olaraq əhalini korrupsiaya qarşı mübarizədə öz dəstəkçisinə çevirib. Vətəndaşlara aydın şəkildə mesaj verir ki, hansı problemləri necə həll etməyin yolunu göstərmişəm. Yapışın yaxasından tələb edin, fəal olun ki, bu problemlər də həllini tapsın”.
Telegram kanalımız