Rüşvət yığdığı deyilən icra başçısının xanım müavini danışdı

saytların hazırlanması

Evə çatdırılma

Rüşvət yığdığı deyilən icra başçısının xanım müavini danışdı

Kriminal

17 Fevral 2021 18:31 1189


Ağstafa rayonunun icra başçısının müavini Lalə Eyyubova həbs edilən sabiq başçı Nizammədin Quliyevin məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamlara cavab verib.

Yenisabah.az xəbər verir ki, Axar.az-a açıqlama verən Lalə Eyyubova bildirib ki, məhkəmədə şahidlərin rüşvəti bilavasitə ona verməsi barədə səsləndirdiyi iddiaları qəbul etmir:

“Mənim məlumatım olmayan məsələ ilə bağlı heç nə deyə bilmərəm. Şahidlərin rüşvəti mənə verməsi, məhkəmə prosesində dindiriləcəyim barədə səsləndirilən iddiaları təkzib edirəm”. pizza

Qeyd edək ki, Ağstafa rayonunun sabiq icra başçısı Nizammədin Quliyevin vəkili Kamandar Nəsibov açıqlamasında məhkəmədə şahidlərin əksəriyyətinin rüşvəti bilavasitə Lalə Eyyubovaya verdiyini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!